İtaliya "Sassuolo"sunun baş direktoru Covanni Carnevali cinah oyunçusu Domeniko Berardiyə transfer təklifi gəlməməsinə görə təəccübləndiyini bildirib.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano klub funksionerindən sitat gətirib.
“Son illərdə bir çox top-klubların Domeniko Berardi ilə müqavilə imzalamaması məni hələ də təəccübləndirir. O, yüksək səviyyəli oyunçudur.
Keçən yay "Yuventus" Berardi ilə müqavilə imzalamağa yaxın idi, lakin futbolçumuzun real qiyməti onların təklifindən baha olduğu üçün müqavilə baş tutmadı".
Mirağa