00:28 08.10.2023 491

“Heç kimdən incik deyiləm” – Rüfət Abdullazadə

Azərbaycan Premyer Liqasının 9-cu turunda “Qəbələ”yə qarşı keçirilən oyunda vurduğu qolla “Səbail”ə qələbə qazandıran Rüfət Abdullazadə qarşılaşmadan sonra müsahibə verib.

22 yaşlı yarımmüdafiəçi Fanat.Az-ın Qəbələyə ezam olunmuş əməkdaşının suallarını cavablandırıb.

- Bu gün komandama qələbə qazandırdın. Vurduğun qolu necə şərh edərdin?
- Komandamın qələbəsində pay sahibi olduğum üçün çox şadam. Amma kimin fərqlənməsi önəmli deyil. Əsas odur ki, komandamız qələbə qazansın. İmkan düşdü və mən də qapıya zərbə endirdim. Şadam ki, zərbəm dəqiq alındı və komandam vacib 3 xal əldə etdi.

- Necə düşünürsən, bu qoldan sonra növbəti oyunlarda səni əsas heyətdə görə biləcəyik?
- Mən həmişə öz üzərimdə işləyirəm. Məşqçi nə vaxt şans versə, dəyərləndirməyə çalışıram. Əlimdən gələni edirəm ki, komandama faydalı oldum. Lakin yekun qərarı Şahin müəllim verir.

- Oyundan sonra Şahin Diniyev mətbuat konfransında bildirdi ki, səndən bir partlayış gözləyir...
- Bunu mənə təkbətək söhbətimiz zamanı da deyib. Mən də əlimdən gələni edirəm. Məşqlərdə də dayanmadan çalışıram ki, baş məşqçimiz şans verəndə ümidləri doğruldum.

- Yayda “Sumqayıt”dan gedişin müzakirələrə səbəb oldu...
- “Sumqayıt” haqda danışmaq istəmirəm. Nə olubsa olub, hazırda “Səbail”dəyəm və burada özümü xoşbəxt hiss edirəm.

- Belə görünür ki, keçmiş klubundan inciksən.
- “Sumqayıt” öz şəhərimin komandasıdı. Mən şəhərimi çox sevirəm. Heç kimdən incik deyiləm. Başqa da nəsə demək istəmirəm.

- “Səbail” bu uğurlu çıxışını növbəti dövrələrdə də davam etdirə biləcək?
- İnanıram ki, “Səbail”in uğuru davamlı olacaq. Çünki təsadüfi uğur qazanmırıq. Komandamız ilk3 turda bir qədər zəif təsir bağışlasa da, sonradan özümüzə gəldik. Ardıcıl 4 qələbədən sonra komanda tam özünə gəldi.

- İlk dövrəni 17 xalla tamamladız. Bu nəticə komandada arxayınlıq yaratmayacaq?
- Baş məşqçimiz bununla bağlı tez-tez bizimlə söhbət aparır. Deyir ki, eyforiyaya qapılmaq olmaz. İçimizdə də belə bir qorxu yoxdur.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

02 İyul 2025
16:47

Rafael Utziq "Zirə"yə qayıtdımı?

16:29

İmmobile "Beşiktaş"dan ayrıldı

16:11

"Bizi dəstəkləyən hər kəsi sevindirə biləcəyimizə inanıram" - Elvin Camalov

15:53

"Zirə" toqolu vingerlə uzunmüddətli müqavilə imzaladı

15:35

"Kəpəz" yalnız bir futbolçunu saxlamaq istəyib

15:16

"Liverpul"un futbolçusu Almaniya klubuna keçdi - RƏSMİ

14:58

Tapşırıq gəldi, "Neftçi" 200 nəfəri işə cəlb etdi

14:40

"Sabah"ın rəqibi yeni yarımmüdafiəçi transfer etdi

14:21

"Şamaxı"dan 2 məşqçi getdi - Biri "Mingəçevir"ə, o biri...

14:02

Dyökereş İngiltərə nəhəngi ilə 5 illik müqavilə bağlayacaq - SON DURUM

13:44

Əzizov əsas komandada, "Neftçi" bosniyalını gözləyir

13:28

"Mahir Bundesliqanın orta səviyyəli komandalarında da oynaya bilər" - Xaqani Məmmədov

13:10

Əfsanəvi forvardın Avroliqada çıxış edəcək kluba keçidi rəsmiləşdi

12:53

Namik Ələsgərov Türkiyəyə qayıda bilər - AÇIQLAMA

12:34

"Neftçi" İqor Ribeyro ilə müqavilə bağladı - RƏSMİ

12:11

"Səbail" futbolçusunu "Şamaxı"ya buraxmadı

11:51

Azərbaycan parateakvondoçuları Cənubi Koreyaya yollandılar

11:33

"Araz-Naxçıvan"ın rəqibi xorvat oyunçu ilə gücləndi

11:14

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:58

Azərbaycanın 2 boksçusu Dünya Kubokunun 1/4 finalına yüksəldi

10:42

"Kəpəz" hazırlığa əvəzedici komandanın üzvləri ilə başladı - AÇIQLAMA

10:24

Yeni klubu Lyakazettin keçidini açıqladı

09:45

Klublararası dünya çempionatı: 1/4 final mərhələsinin bütün cütləri müəyyənləşdi

09:23

Kamal Quliyev aşağı liqaya düşən kluba baş məşqçi təyin olundu

09:00

"Borussiya Dortmund" meksikalıları məğlub edib "Real"a rəqib oldu

01:02

Klublararası dünya çempionatı: "Real" "Yuventus"u yenib 1/4 finala yüksəldi

00:09

Ayxan Cavadov AÇ-nin finalında

01 İyul 2025
23:50

PSJ-nin ulduzu Türkiyə yolunda - Danışıqlar başladı

23:06

"Sabah"da yeni legioner - RƏSMİ

22:44

"Bu mənim başıma daha gənc olanda gəlsəydi..." - Daniel Karvaxal

22:16

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

21:53

"Braziliyanı dünyanın ən uca zirvəsinə qaldırdıq" - Kano "İnter" üzərində qələbəni dəyərləndirdi

21:15

"Zirə"nin "Hayduk"la mübarizədən qalib ayrılacağına inanıram" - 2007/2008 mövsümünün bombardiri

20:48

Yaxşıbəyov "Sumqayıt"a "pul oxudu"

20:15

"Kəpəz" 2 legionerlə anlaşdı - Biri gəlib, o biri yoldadır

19:50

Premyer Liqa klubu müdafiəçisi ilə vidalaşdı

19:16

"Atletiko Madrid"də növbəti ayrılıq - RƏSMİ

18:47

"O, superulduzdur" - Kovaç 1/8 final ərəfəsində Ramosdan danışdı

18:20

"Şamaxı" daha iki azərbaycanlını göndərmək istəsə də...

17:56

Fitboks nədir və onunla kimlər məşğul olmalıdır? - VİDEO

Facebookdan bizi izləməyi unutmayın.
X