“Ekseter Siti” ilə matçdan qayıdan “Barnsli” klubunun avtobusu yolda yanıb.
Fanat.Az xəbər verir ki, məlumatı “Barnsli” klubunun rəsmi saytı yayıb.
Qeyd olunub ki, avtobus hərəkətdə olarkən əvvəlcə nəqliyyat vasitəsində nasazlıq yaranıb, daha sonra yanmağa başlayıb.
Avtobusda olan klubun bütün oyunçuları və heyəti təhlükəsiz şəkildə təxliyə edilib, xəsarət alan olmayıb.