Litva 1-ci liqasında 25-ci turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Vilnüs”lə üz-üzə gəlib və 0:3 hesablı darmadağına üzülüb.
Matça start "11-lik"də başlayan Nurlan fasilədə əvəzlənib.
“Yonava” hazırda 11 xalla sonuncu pillədə mövqe tutub.