"Sevilya" rəhbərliyi komandanın baş məşqçisi Xose Luis Mendilibar ilə iş birliyinə son qoymağı planlaşdırır.
Fanat.Az xəbər verir ki, məlumatı AS nəşri yayıb.
Xəbərə görə, klubun idarəçiləri 62 yaşlı mütəxəssisin rəhbərliyi altında qazanılan nəticələri qeyri-qənaətbəxş sayırlar. Mənbə Əndəlüs təmsilçisinin bosslarının hazırda yeni çalışdırıcı axtarışında olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, La Liqanın ilk 8 turunda 8 xal toplayan "Sevilya" turnir cədvəlində 13-cü pillədə qərarlaşıb. Sözügedən kollektiv Mendilibarın rəhbərliyi altında ötən mövsüm UEFA Avropa Liqasının qalibi olub.