"Bayern Münhen"in baş direktoru Yan-Kristian Drezen yarımmüdafiəçi Tomas Müllerin Münhen klubu ilə müqaviləsinin müddətini uzadıb-uzatmayacağı barədə sualı cavablandırıb.
Fanat.Az xəbər verir ki, "Bild" onun dediklərini belə çatdırıb:
"Bilmirəm o, 67 yaşına qədər oynamaq istəyəcək, ya yox... Hər hansı təzyiq hiss etmirik. Hamı Tomasın komanda üçün nə dərəcədə vacib oyunçu olduğunu görür. Nə olacağını zaman göstərəcək. Bizim Müllerlə hələ uzun müddət əməkdaşlıq etmək üçün çox səbəblərimiz var".
Xatırladaq ki, Müller 2009-cu ildən "Bayern"də forma geyinir. İndiyədək Almaniya nəhənginin heyətində 673 matça çıxan 34 yaşlı futbolçu 235 qol və 258 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat