"Atletiko Madrid" rəhbərliyinin komandanın baş məşqçisi Dieqo Simeone ilə ilə bağlı yekun qərarı açıqlanıb.
Fanat.Az xəbər verir ki, məlumatı "Relevo" yayıb.
Mənbə 53 yaşlı mütəxəssisin İspaniya təmsilçisi ilə müqavilə yeniləyəcəyini vurğulayıb. Xəbərə görə, aparılan danışıqlar müsbət nəticələnib və Simeone müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan anlaşmaya qol çəkəcək.
Qeyd edək ki, argentinalı çalışdırıcı 2011-ci ilin qışından "Atletiko"nun baş məşqçisidir.