PSJ-ni Qətərin "Əl-Əhli" klubuna dəyişən Yulian Draksler bu yay başqa kluba keçməyi planlaşdırdığını etiraf edib.
Fanat.Az xəbər verir ki, "RMC Sport" onun dediklərini belə çatdırıb:
"Yenidən "Şalke"nin formasının geyinməklə bağlı düşüncələr hələ də beynimdədir. Təbii ki, fikrimi dəyişməmişəm. Əlbəttə, belə şeylər zaman və məkanla birbaşa əlaqəlidir. Ancaq "Şalke"nin heyətində yenidən "Feltins Arena"da oynamaq mənim arzumdur. Düzü, bu yay da ora qayıtmaq istəyirdim".
Xatırladaq ki, Draksler 15 yaşından "Şalke"də olub. O, Helzenkirhen təmsilçisinin əsas komandasında 168 matça çıxaraq 29 qol və eyni sayda məhsuldar ötürmə müəllifi olub.
Nihat