11:09 09.10.2023 541

“Neftçi” yenə uduzdu... – Tura baxış

Misli Premyer Liqasında IX turun oyunları ilə birlikdə I dövrəyə yekun vuruldu. Bu turun mərkəzi qarşılaşması “Neftçi” – “Qarabağ” görüşü sayılırdı. Cəmi üç gün  öncə İsveçdə ağır oyun keçirən “köhlən atlar” “ağ-qaralar”ı da məğlub etməyi bacardı. Digər nəticələrdən isə “Sabah”ın yenə də qələbəyə həsrət qalması diqqət çəkdi.

“Zirə” – “Turan Tovuz” 2:1
Qollar:
Salifu Suma, 33. Qismət Alıyev, 77 - Denis Marandiçi, 74.
“Zirə”: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 11. Rüstəm Əhmədzadə, 5. Stefan Aka, 4. Ruan Renato, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 7. Filipe Paxtman, 19. Salifu Suma
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 16. Fuad Bayramov, 23. Andriya Lukoviç, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
“Turan Tovuz”: 1. Tərlan Əhmədli (k), 2. Sertan Taşkın, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 9. Belajdi Pusi, 79. Martin Petkov
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 7. Luis Paçu, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

Ardıcıl iki görüşdə qələbəyə həsrət qalan “Zirə” bu tur liderlik kürsüsünü itirə bilərdi. Ona görə də Rəşad Sadıqov da, onun futbolçuları da “Turan Tovuz”la qarşılaşmaya yetərincə ciddi yanaşmışdı. Təsadüfi deyil ki, qəsəbə təmsilçisi sona qədər mübarizə apardı və mövsüm ərzində ikinci dəfə rəqib qapısından iki top keçirməyi bacardı. Rəqib isə çoxdandı qələbəyə həsrət qalan “Turan Tovuz” olduğundan oyunun gərgin keçəcəyi öncədən bəlli idi.
Bəribaşdan qeyd edək ki, qərblilərin qələbə həsrəti bu tur da davam etdi. Sumanın 33-cü dəqiqədə vurduğu qol sayəsində meydan sahibləri fasiləyə öndə yollandılar. Müdafiəsi etibarlı oynayan “Zirə” hesabı qorumağa çox çalışsa da, qonaqlar 74-cü dəqiqədə fərqlənməyi bacardılar. Marandiçi tablodakı hesabı bərabərləşdirdi. Ammaa bu bərabərlik cəmi üç dəqiqə çəkdi. Tovuzluların qolu zamanı səhvə yol verən Qismət Alıyev “günahını” yumağı bacardı. Cərimə zərbəsindən havalanan topu tora qovuşduran kapitan yekun hesabı müəyyənləşdirdi.
2:1 hesablı qələbəyə sevinən “Zirə” 19 xalla liderliyini davam etdirir. 11 xallı “Turan Tovuz” isə 6-cı pillələdədir. 

“Qəbələ” – “Səbail” 0:1
Qol:
Rüfət Abdullazadə, 90+5
“Qəbələ”: 1. Rəşad Əzizli, 2. İlkin Qırtımov (k), 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 10. Omar Hani
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 12. Nicat Əliyev, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 19. Samuel Tetteh, 17. Yaovi Akakpo
Baş məşqçi: Elmar Baxşıyev
“Səbail”: 1. Səlahət Ağayev, 6. Cabir Əmirli (k), 74. Yusif Nəbiyev, 18. Süleyman Əhmədov, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom,  55. Nir Bardea, 21. Anas Najah, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 10. Ağabala Ramazanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 3. Silvayin Deslandes
Baş məşqçi: Şahin Diniyev

Şahin Diniyevin komandası təəccübləndirməyə davam edir. Ötən tur “Kəpəz”i səfərdə minimal hesabla məğlub edən “Qəbələ” bu dəfə özü oxşar aqibətlə üzləşdi. “Dənizçilər”ə qələbə gətirən qol isə oyunun san dəqiqələrində vuruldu. Rüfət Abdullazadə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə fərqləndi. Ümumən isə meydanda bərabər səviyyəli oyunun getdiyini, ədalətli nəticənin heç-heçə olacağını da qeyd edək. Bununla belə “Səbail”in qələbəsinə də kölgə salmaq olmaz. Görünər odur ki, qonaqlar sona qədər qələbəyə inamlarını qoruyub saxlmağı bacardılar, axırıncı saniyəyə qədər qol axtarışlarını davam etdirdilər. Bunun da mükafatı 95-ci dəqiqədə vurulan qol oldu.
“Səbail” ilk dövrədəki nəticələri ilə hamını təəccübləndirməyi bacardı. Bayıl təmsilçisi liderlər qrupundan bərk-bərk yapışıb. 17 xallı “dənizçiləri” yalnız “Zirə” ilə “Qarabağ” qabaqlayır. 7 xallı “Qəbələ” isə 9-cu sıradadır.

“Sabah” – “Araz-Naxçıvan” 1:1
Qollar:
Anatoli Nuriyev, 82 – İshak Belfodil, 76-öz qapısına.
“Sabah”: 1. Yusif İmanov, 77. Namik Ələskərov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 3. Con İrasabal, 28. Kahim Parris, 12. Vensan Till.
Ehtiyat oyunçular: 16. Rüstəm Samiqullin, 75. Emil Həbibov, 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 5. Rəhman Daşdəmirov, 21. İldar Ələkbərov, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 18. Davit Volkov, 70. Jesse Sekidika, 27. Jarl Marqarita.
Baş məşqçi: Murad Musayev.
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 1. Vüsal Şabanov, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 19. Aksel Nqando, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.

Heyəti “ulduzlar yığması”nı xatırladan “Sabah” yenə də qələbəyə həsrət qaldı. Artıq bu cür itkilər heç kimi təəccübləndirmir də. Bu dəfə Murad Musayevin komandası “ev”də “Araz Naxçıvan”la heç-heçəyə razılaşdı. Bu isə masazırlıların ümumilikdə 4-cü, ardıcıl isə 3-cü bərabərliyi idi. Özü də bu dəfə də “Sabah” məğlub durumda olandan sonra fərqləndi. Oxşar ssenari “Kəpəz” və “Səbail”lə oyunlarda da yaşanmışdı. İshak Belfodil 76-cı dəqiqədə qapıların yerini dəyişik saldı və topu öz qapısına göndərdi. “Sabah”ı məğlubiyyətdən xilas edən qola Nuriyev 82-ci dəqiqədə imza atdı. Bundan sonra oyunda qol vurulmadı.
Aktivində cəmi 7 xalı olan “Sabah” səkkizinci sıradan yuxarı qalxa bilmir. 14 xallı “Araz Naxçıvan” isə 4-cü sıranı “özəlləşdirib”.

“Sumqayıt” – “Kəpəz” 1:0
Qol:
Roi Kehat, 62.
“Sumqayıt”: 15. Orxan Sadıqlı 6. Vüqar Mustafayev (k) 14. Elvin Bədəlov 7. Rövlan Muradov 17. Murad Xaçayev 19. Roi Kehat 58. Oktavio Manteka 4. İsa Suliman 10. Kamran Aliev 9. Erik Sorqa 71. Masaki Murata
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 32. Murad Ağamalıyev 30. Kamran Quliyev 8. Səbuhi Abdullazadə 20. Ayxan Süleymanlı 21. Nihad Əhmədzadə 11. Kasimir Ninqa 12. Abu Doss 60. Tresor Mossi
Məşqçi: Mübariz Orucov
“Kəpəz”: 12. Kamran İbrahimov 7. Ehtiram Şahverdiyev 99. Əli Səmədov 14. Elçin Əlicanov 4. Vüsal Məsimov 8. Elmir Tağıyev 91. Latir Fal 9. Mate Kvirkviya 78. Yeqor Xvalko (k) 21. Martins Junior 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 1. Vladislav Vasilyuçek 3. Vurğun Hüseynov 10. Tural Rzayev 11. Elnur Cəfərov 88. Şakir Seyidov 22. Rüfət Əhmədov 15. Cavad Kərimov
Baş məşqçi: Azər Məmmədov

“Turan Tovuz”la “Sabah”dan fərqli olaraq “Sumqayıt” qələbə həsrətinə son qoymağı bacardı. Özü də rəqib sonuncu pillənin sakini “Kəpəz” idisə, bu fürsəti qaçırmaq olmazdı. Hər nə qədər oyundan sonra “Kəpəz”in baş məşqçisi Azər Məmmədov yaxşı oynadıqlarını, xal itkisinə layiq olmadıqlarını söyləsə də, “Sumqayıt” 90 dəqiqə ərzində qələbəni daha çox arzulayan, rəqibinin üzərinə daha çox gedən tərəf idi. Bunun da məntiqi nəticəsi Roi Kehatın 62-ci dəqiqədə vurduğu qol oldu. Kamran İbrahimovun inamlı oyunu olmasaydı, “Kəpəz” azı 2-3 dəfə məyus ola bilərdi. Komandanın oyununda nə etibarlı müdafiə hiss edilirdi, nə də kəsərli hücum. Düzdür, “Sumqayıt”ın da oyununda yetərincə problemlər var və Samir Abasov onları qısa müddətdə həll etməlidir. Əks halda, “Sumqayıt” turnir cədvəlinin aşağı sıralarında gün keçirməyə məhkumdur.
“Sumqayıt” qələbə sayəsində xalını “Turan Tovuz”la eyniləşdirsə də, 7-ci sırada yer alır. 5 xallı “Kəpəz” isə sonuncudur.

“Neftçi”– “Qarabağ” 0:2
Qollar:
Juninyo, 46. Redon Cica, 88.
“Neftçi”: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 4. Mark Tamaş, 5. Kenni Sayef, 23. Ataa Caber, 44. Yuri Matias, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 14. Eddi İsrafilov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 6. Dieqo Valdes, 25. Aaron Olanare, 99. Ervin Koffi, 9. Andre Şinyaşiki.
Baş məşqçi: Adrian Mutu.
“Qarabağ”: 99. Andrey Lunyov, 5. Maksim Medvedev (k), 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Bəli, başlıqda qeyd etdiyimiz kimi, “Neftçi” yenə uduzdu. Özü də “Qarabağ” bunu “iki cəbhə”də mübarizə apara-apara, çətin İsveç səfərindən sonra bacardı. Oyun haqqında uzun-uzadı danışmağa ehtiyac da yoxdu. “Köhlən atlar” ilk dəqiqələrdən səviyyə fərqini nümayiş etdirin, topa və meydana nəzarəti ələ aldı. Oyunda qollar ikinci hissə də vurulsa da, gedişat onu göstərirdi ki, “Qarabağ” istədiyi anda fərqlənəcək. Həmin məqam da 46-cı dəqiqədə yetişdi. Juninyo ikinci hissənin startındaca fərqlənməyi bacardı. Cicanın 88-ci dəqiqədə vurduğu qol isə “Qarabağ”ın üstünlüyünü möhkəmləndirdi. 
Bu qələbə sayəsində xalını 19-a yüksəldən “Qarabağ” “Zirə”ylə şərikli liderlik etməyə davam edir. 12 xallı “Neftçi” isə 5-ci sıradadır və liderlərdən 7 xal geri qalır.

Amal Abuşov

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X