İspaniyanın "Real Sosyedad" klubu La Liqanın son turunda "Atletiko Madrid"dən alınan məğlubiyyətdən (1:2) sonra rəsmi saytı vasitəsi ilə bəyanat yayıb.
Fanat.Az xəbər verir ki, "ağ-mavilər" hakim ədalətsizliyindən şikayətlənib:
"Bu yenilgi olduqca ağrılıdır. Yalnız bir qapıya penalti təyin etmək ədalətsizlik idi. İndi millilərin oyunları ilə yaranacaq fasilə zamanı istirahət etmək və qarşıdakı oyunlara köklənmək lazımdır".
Qeyd edək ki, referi Xose Munuera Montero rəqib meydanında oynayan "Real Sosyedad"ın penaltisini verməyib, oyunun sonlarında isə qonaqların qapısına "11" təyin edib. Antuan Qrizmann ələ düşən fürsəti boşa verməyərək 89-cu dəqiqədə penaltidən qələbə qolunu vurub.
Nihat