"Hatayspor" - "Konyaspor" matçında (3:1) dubl edərək meydan sahiblərinin qələbəsinə töhfə verən Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun adı Türkiyə Super Liqasında VIII turun rəmzi komandasına salınıb.
Fanat.Az-ın məlumatına görə, azərbaycanlı forvard "SofaScore" nəşrinin versiyasına əsasən "11-liy"ə düşüb.
Həftənin rəmzi komandası 4-3-3 sxemi üzrə təqdim edilib:
Qapıçı: Uğurcan Çakır ("Trabzonspor")
Müdafiəçilər: Uroş Radakoviç ("Ankaragücü"), Jerom Opoku ("Başakşehir"), Davinson Sançes ("Qalatasaray")
Yarımmüdafiəçilər: Gökcan Kaya ("Pendikspor"), Salih Uçan, Raşid Gezzal (hər ikisi "Beşiktaş"), Qarri Rodriges ("Ankaragücü")
Hücumçular: Renat Dadaşov ("Hatayspor"), Mauro İkardi ("Qalatasaray"), Edin Ceko ("Fənərbağça")
Qeyd edək ki, 24 yaşlı Renat bu yay İsveçrə "Qrashopper"ini "Hatayspor"a dəyişib.