I Liqa təmsilçisi "Araz Saatlı" baş məşqçisi Şəhriyar Məmmədovla yollarını ayırıb.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Təcrübəli mütəxəssis qarşılıqlı razılıq əsasında postundan göndərilib.
Xəbərdə qeyd edilir ki, Şəhriyar Məmmədov bu gün öz istəyi ilə komandadan ayrılıb. "Araz Saatlı"nın peşəkar liqada çıxış etməsində əsas pay sahiblərindən olan mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib, gələcək fəaliyyətində uğurlar arzulanıb.
Nahid Məmmədov