Braziliyalı hücumçu Qabriel Jezus Londonun "Arsenal" klubundan ayrılaraq İtaliya A Seriyasına keçə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı "Ekspress" yayıb.
Mənbənin məlumatına görə, "Napoli" də Jezusun xidmətində maraqlıdır.
Neapol klubu cənubi amerikalını Viktor Osimhenin əvəzləyicisi kimi nəzərdən keçirir.
26 yaşlı braziliyalı 2022-ci ilin yayından “Arsenal”ın futbolçusudur. Tərəflər arasında hazırki müqavilənin müddəti 2027-ci ilin iyun ayının sonunda başa çatacaq. "Transfermarkt" Jezusun dəyərini 75 milyon avro qiymətləndirir.
Mirağa