Futzal üzrə üçqat Estoniya çempionu "Viymsi Smsraxa" sosial şəbəkədə Rusiya prezidenti Vladimir Putinə ünvanladığı təbrikə görə baş məşqçi Vladimir Yovanoviçi istefaya göndərib.
Fanat.Az xəbər verir ki, serb mütəxəssis şənbə günü, oktyabrın 7-də Putini 71 yaşı münasibətilə belə təbrik edib: "Çox yaşa, adaş! Serblər və ruslar əbədi olaraq qardaşdırlar!".
Bundan sonra "Viymsi Smsraxa" rəhbərliyi Yovanoviçlə əməkdaşlığı dayandırmaq qərarına gəlib.
"Baş məşqçimiz Vladimir Yovanoviçlə müqavilə tərəflərin razılığı ilə başa çatıb. Komandanın baş məşqçisinin belə davranmasına imkan verə bilmərik”, - deyə klub rəhbəri Andrey Qolovin ERR.ee-yə bildirib.
Yovanoviç ötən ilin dekabrında 18 aylıq müddətə müqavilə imzalayaraq "Viymsi Smsraxa"ya gəlmişdi.
Mirağa