AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində oktyabrın 13-də Niderland millisi ilə üz-üzə gələcək Fransa yığmasının baş məşqçisi Didye Deşam "xoruzlar"ın forvardı Kilian Mbappedən danışıb.
Fanat.Az xəbər verir ki, o, oyunöncəsi mətbuat konfransında belə deyib:
"Mbappe hazırda ən yaxşı formada deyil. Bu, belə statusa malik futbolçularda dərhal bilinir. Bazar günü keçirilən oyunda necə göründüyünü özü bilir. İstənilən halda, yaxşı oynadı. Xüsusilə ikinci yarıda mobil təsir bağışlayır və çalışırdı. Bu yay yaşadığı gərginlik, üçgündənbir çıxdığı oyunlar yaxşı formada olmamasını şərtləndirir. Əsas odur ki, gülümsəyir və PSJ-də özünü xoşbəxt sayır".
Qeyd edək ki, Fransa yığması oktyabrın 17-də Şotlandiya seçməsi ilə yoldaşlıq oyunu da keçirəcək.
Nihat