Braziliya millisinin sabiq çalışdırıcısı Titenin yeni iş yeri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, o, ölkəsinin "Flamenqo" klubuna baş məşqçi təyin edilib.
Məlumatı "Flamenqo"nun rəsmi saytı yayıb. Mütəxəssisin 1 illik müqaviləyə imza atdığı bildirilib.
Tite 2016-cı ilin yayından 2022-ci ilin qışına qədər Braziliya seçməsində əsas söz sahibi olub.