13:40 10.10.2023 621

Rəqabətli dövrənin yeni şahı - \"Zirə\"

Ötən həftəsonu keçirilən oyunlarla Misli Premyer Liqasında birinci dövrə başa çatdı. Doqquz turluq tsikl nə ilə yadda qaldı? İlk dövrənin yekunları ilə bağlı bəzi məqamlara, statistik göstəricilərə toxunmağı lazım bildik. 

Heç şübhəsiz, ilk növbədə dövrənin sürprizi kimi “Zirə”nin turnir cədvəlinin ilk pilləsində qərarlaşması qeyd olunmalıdır. Hər halda, çempionatın startı ərəfəsində ilk dövrənin qalibi ilə bağlı hətta "Zirə"nin ən nikbin azarkeşinə də müraciət etsəydin, çətin ki, komandasının adını çəkərdi. Düzdür, Rəşad Sadıqovun başçılıq etdiyi kollektiv iddialılardandır. Dövrənin yekununu qəsəbə təmsilçisi üçün sürpriz adlandırsaq da, bu, sensasiya deyil. "Zirə" "şən" oynamaya, məhsuldarlıq baxımından "Qarabağ"dan başqa, "Səbail", "Sabah" və "Turan Tovuz"dan da geri qala bilər, amma millinin sabiq kapitanına etibarsız müdafiə daha çox irad tutulardı. Axı Sadıqov müdafiəçi olub. "Zirə" 9 turda hamıdan az - cəmi 5 top buraxıbsa, bu mənada 41 yaşlı mütəxəssisə alqış düşür. Yəni sabiq müdafiəçi kimi, dəst-xəttini komandasına da aşılayıb. Digər tərəfdən, qaliblər mühakimə olunmur. "Zirə" zirvədə qərarlaşıbsa, nəticə daha çox qabardılmalıdır...   

Yeri gəlmişkən, onu da bildirək ki, “Sabah”la "Sumqayıt" başqa komandalardan bir oyun az keçirib. Adı çəkilən komandaların 2-ci tur çərçivəsində keçirməli olduğu matç Bakı təmsilçisinin xahişi ilə ertələnib. Yayda avrokuboklarda mübarizə aparan "Sabah" avqustun ortalarında baş tutmalı olan görüşünün təxirə salınmasını istəmişdi. Onu da əlavə edək ki, bu matç oktyabrın 25-də baş tutacaq...

İlk dövrəni təhlil etsək, deyə bilərik ki, gərgin, çəkişməli, hətta sürpriz nəticələrə şahid olduq. Hazırda sonuncu pillədə qərarlaşan "Kəpəz"in ötən mövsümün mükafatçıları olan "Qarabağ", "Neftçi" və "Sabah"a uduzmaması, aktivindəki 5 xalın hamısını bu komandalardan alması vurğulanmalıdır. Eləcə də ötən mövsüm elitada qalmağı son turda bacaran "Səbail"in hazırda ilk "üçlük"də olması, debütant "Araz-Naxçıvan"ın "Neftçi", "Sabah", "Qəbələ" kimi iddialı komandalardan öndə olması sürpriz nəticə kimi qiymətləndirilməlidir.

Ümumiyyətlə, birinci dövrənin rəqabətli keçməsi liderlə autsayder arasında xal fərqinin çox olmamasından da görünür. Belə ki, zirvədə qərarlaşan "Zirə"ni sonuncu - 10-cu pillədə yer alan "Kəpəz"dən 14 xal ayırır. Halbuki, ötən mövsümün müvafiq dövründə bu fərq 25-ə çatırdı. 
Yeri gəlmişkən, maraqlı məqam kimi əlavə edək ki, Avropanın "böyük beşlik" ölkələrinin liqalarında sonuncu pillədə qərarlaşan komandalardan heç biri 5 xal toplamayıb. Bu ondan xəbər verir ki, Avropada olduğu kimi, bizim çempionatda da böyük və kiçik klub anlayışı qalmayıb. 

Premyer Liqada birinci dövrədəki məhsuldarlıq da normaldır. Belə ki, 44 matçda azarkeşlər nə az-nə çox - 100 qol izləyiblər. Bu isə orta hesabla hər oyunda 2,27 qol deməkdir. Düzdür, bu, ötən mövsümün yekun məhsuldarlığından (2,64) geri qalır. Amma ehtiyatda bir oyunun qaldığını, çempionatın gərgin mübarizəsinin qışdan sonra olacağını nəzərə alsaq, qol sayında artım gözləniləndir. Ən məhsuldar komanda "Qarabağ" olsa da, ağdamlılar 19 xalın 12-ni, 18 qolun 11-ni son 4 turda reallaşdırıblar.  
Onu da qeyd edək ki, cəmi 4 komandanın - ilk "üçlük"dəki "Zirə", "Qarabağ" və "Səbail"in, eləcə də 6-cı pillədə yer alan "Turan Tovuz"un vurub buraxdığı topların nisbətində müsbət saldo var. 

Çempionatın ikinci dövrəsi "Qarabağ" və "Sabah" üçün heç də asan keçməyəcək. Bütün diqqətini Avropa Liqasına yönəldən Ağdam təmsilçisini Premyer Liqada da ağır qrafik gözləyir. Təqvimə görə birinci dövrənin gedişində rəqib meydanlarında cəmi 3 oyun keçirən Qurban Qurbanovun komandası qarşıdakı 2 ay ərzində 6 belə səfərə yollanacaq. Hətta dövrənin ilk 3 oyunu rəqib meydanlarında olacaq. "Sabah" da həmçinin, 6 səfər oyununa yollanacaq ki, bunlardan biri qeyd etdiyimiz kimi, ilk dövrədən qalıb. 
Bu mənada "Turan Tovuz"la "Neftçi" qış fasiləsinə qədər evdə daha çox oyuna çıxacaqlar. Düzdür, ikinci dövrədə 9 oyundan 6-nı Tovuzda keçirəcək qərb təmsilçisi üçün bu məqam elə də önəmli görünmür. Hər halda, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv 9 tur ərzində evdə oynadığı 3 matçın heç birində qalib gəlməyib. Əksinə, komanda səfər oyunlarındakı xallara görə "Səbail"lə birgə liderdir.  

Ümumi mənzərəni bir neçə cümlə ilə ifadə etsək, çempionat maraqlı keçir. İkinci dövrədə, ən pis halda qışdan sonra "Neftçi", "Sabah" və "Qəbələ"nin üst pillələrə qalxmağa can atacaq, "Zirə" və "Səbail" isə hazırki mövqeyini əldən verməməyə çalışacaq ki, bu da çempionatboyu gərgin mübarizə vəd edir. 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

05 İyul 2025
10:54

Tanınmış futbolçu kafedə 2 nəfəri döydü - VİDEO

10:20

"Araz-Naxçıvan"da köklü dəyişiklik - 6 legionerini göndərdi

09:58

"Qəbələ" qanalı oyunçu ilə gücləndi

09:35

"Arsenal" gənc ulduzu ilə razılığa gələ bilmədi

09:00

"Çelsi" yarımfinala adladı - Finala vəsiqə də braziliyalılarla dueldən keçəcək

01:08

Klublararası dünya çempionatı: "Fluminense" "Əl-Hilal"ı yenib ilk yarımfinalçı oldu

00:14

Azərbaycan millisi AÇ-yə qələbə ilə başladı

00:00

Ruzanna Avropa çempionu oldu

04 İyul 2025
23:16

"Arsenal" bu ulduzun transferinə milyonlar ayırdı - MƏBLƏĞ

22:40

"Real"ın hücumçusu İtaliya nəhənginə keçə bilər

22:36

Azərbaycanın 2 güləşçisi AÇ-nin finalında

22:20

"Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq" - Məhəmməd Salah

21:54

"Mançester Yunayted"in 5 futbolçusunun mesajı rəhbərəliyi bu addımı atmağa vadar etdi - SON DURUM

21:17

Ayxan Abbasov Qəbələdə oyunçu seçəcək

20:51

Azər Salahlının yeni klubu bilindi - RƏSMİ

20:13

"Araz-Naxçıvan" Rövşən Hüseynlini və daha 2 yerli oyunçunu heyətinə qatdı - AÇIQLAMA

19:50

"Şamaxı" heyətinə yeni hücumçu qatır

19:18

"İmişli" Bakıda hazırlıq keçəcək

18:44

"Betis" milli üzvü ilə gücləndi - RƏSMİ

18:15

"Qarabağ" qapıçısını Avstriyaya aparmayıb - Klubdan ayrılır

17:40

Remsi Meksika klubu ilə müqavilə bağladı - RƏSMİ

17:22

Kanada millisinin hücumçusu "Yuventus"da - RƏSMİ

17:04

"Real"ın yeni ulduzunun atası MS, "Barselona" və "Atletiko Madrid"i "ələ saldı" - FOTO

16:46

"Çempionata nə dərəcədə hazır olacağımız məhz bu toplanışdan asılıdır" - Faiq Hacıyev

16:28

"Arsenal" yapon futbolçusu ilə yollarını ayırdı

16:09

Bu gün Azərbaycan millisi Bosniya və Herseqovina ilə üz-üzə gələcək

15:50

"Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir" - Keyta

15:31

"Fənərbağça" PSJ-yə rəsmi təklif göndərdi - MƏBLƏĞ

15:13

"Çərşənbə axşamı yeni komandam bilinəcək"

14:54

"Bu məqam "Sele" ilə matçda "Sabah"a problem yarada bilər" - Azər Bağırov

14:36

Üç hücumçusu zədələnən "Əl-Hilal" bombardiri icarəyə götürdü

14:19

Kamerunlu yarımmüdafiəçinin "Napoli"dəki taleyinə aydınlıq gəldi

14:01

"Barselona"ya keçəcəyi gözlənilən ulduz qərarını dəyişdi - RƏSMİ

13:43

"Zədəm tam sağalıb, artıq normal qaydada məşq edə bilirəm"

13:25

Bakı təmsilçisindən akademiyanı bağlayan "Qəbələ"yə təklif - AÇIQLAMA

12:53

"Qarabağ"ın Avstriyadakı bütün rəqibləri bilindi

12:35

"Çelsi"nin vingeri klublararası dünya çempionatının oyununu buraxa bilər - SƏBƏB

12:16

"Roma"nın hücumçusu İstanbul klubunda

11:58

"Bayquşlar" "ilk qaranquş" rolunda - "Sele"ni yaxından tanıyaq

11:21

Bakıda daha bir avarçəkmə yarışı keçiriləcək

Facebookdan bizi izləməyi unutmayın.
X