Öncə "Qarabağ"ın, ardından "Neftçi"nin strukturunda olan, daha çox "ağ-qaralar"ın aşağı yaş qrupları üzrə komandalarındakı çıxışı ilə tanınan Lorenzo Metsotero İtaliyanın "Atalanta" klubundan ayrılıb.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 2008-ci il doğumlu vuderkind hazırda Barselonadadır.
Metsotero oktyarın 5-də İspaniyaya yollanıb. O, futbolun sirlərinə Barselonanın "Marcet" akademiyasında yiyələnməyə davam edəcək.
Xatırladaq ki, Lorenzonun atası Sercio Metsotero Azərbaycandakı işindən getdiyi üçün 2 il öncə "Neftçi"də xaruqələr yaradan oğlunu da İtaliyaya aparmışdı.
Nihat