"Nyukasl"ın hücumçusu Aleksandr İsak İsveç millisinin düşərgəsini tərk edib.
Fanat.Az xəbər verir ki, məlumatı İsveç Futbol Federasiyasının rəsmi saytı yayıb.
Həkimlərin müayinəsi nəticəsində sözügedən futbolçunun zədəli olduğu və oktyabrdakı matçlarda milliyə kömək edə bilməyəcəyi müəyyənləşib.
Qeyd edək ki, İsveç yığması oktyabrın 12-də Moldova ilə yoldaşlıq görüşü keçirəcək. Oktyabrın 16-da isə Skandinaviya təmsilçisi AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə üz-üzə gələcək.
Nihat