15:48 10.10.2023 605

"İnanıram ki, millimiz evdə qalib gələ bilmədiyi rəqibi səfərdə məğlub edəcək" - Rüstəm Əfsərli

Oktyabrın 13-də  AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxacaq Azərbaycan millisi Estoniya seçməsinin qonağı olacaq. "CBC Sport" telekanalı vasitəsi ilə canlı yayımlanacaq oyunu ekran başına toplaşanlara ölkənin ən sevilən şərhçilərindən olan Rüstəm Əfsərli təqdim edəcək. Əfsərli ilə əlaqə saxlayıb ona qarşıdakı matç barədə bir neçə sual ünvanladıq.

Estoniya - Azərbaycan qarşılaşmasının şərhçisinin Fanat.Az-a müsahibəsi belə alındı:

- Millinin hazırkı heyətində 10 legioner var. Üstəlik, Azərbaycan seçməsinin 4 hücumçusu - Ramil Şeydayev, Mahir Emreli, Renat Dadaşov və Musa Qurbanlı da ölkədən kənarda oynayır və heç biri pis təsir bağışlamır. Bu məqam Estoniya ilə matç ərəfəsində nikbin düşünməyə əsas verirmi?

- Azərbaycan yığmasının neçə futbolçusunun legioner həyatı yaşamasından asılı olmayaraq, millimiz Estoniya ilə matça favorit qismində çıxmalıdır. Lap bütün oyunçular yerli liqada oynasaydı belə... Nəticə necə olar, başqa məsələ, amma təmsilçimiz ilk dəqiqələrdən favorit statusu ilə oynamalıdır. Komanda bunu həm özü başa düşməli, həm də azarkeşlərinə, futbol ictimaiyyətinə hiss etdirməlidir. Fikrimcə, bizim heyətimiz rəqib komandadan daha güclüdür. Həm oyunçuların fərdi ustalığı, həm də komanda şəklində onlardan daha yaxşıyıq. Bəli, Estoniya seçməsinin bəlli xüsusiyyətləri var. Ancaq milli komandamız daha üstün kollektivdir və bunu meydanda göstərməlidir. Əlbəttə, milli üzvlərinin ölkə xaricində oynamaları və əksəriyyətinin son oyunlarda məhsuldar göstəricilərlə diqqət çəkməsi də müsbət məqamdır.

- Sənin şəxsi intuisiyan nə deyir? Qələbə gözləyirsən millidən?

- Mənə elə gəlir ki, Azərbaycan yığmasının istənilən azarkeşi Estoniya ilə qarşılaşmaya mümkün 3 xal mənbəyi kimi baxır. İstər şərhçi olsun, istər idman jurnalisti, istər mütəxəssis, istərsə də sıradan bir azarkeş. Bunu tam anlayışla qarşılamaq lazımdır. Fərdi olaraq futbolçularımız rəqibin oyunçularından üstündürlər, son dövrlərin ən yaxşı heyətlərindən birinə malikik. Estoniya "heç olmasa, 1 xal götürək" anlayışı ilə yanaşmalı olduğumuz rəqib deyil. Əlbəttə, rəqibin üstünlüyü evində oynaması, meydana, stadiona öyrəşməsidir. Evdə istənilən komanda səfərlə müqayisədə fərqli futbol oynayır. Bunlar psixoloji məsələlərdir. Ancaq düşünürəm ki, biz Tallindən 3 xal gətirə bilərik.

- FİFA reytinqində Estoniya 108, Azərbaycan 121-ci pillədədir. Evdə yenə bilmədiyimiz rəqibdən səfərdə nədə üstün ola bilərik?

- Məncə, FİFA reytinqinin elə bir əhəmiyyəti yoxdur. Düzdür, 15-20 pilləlik fərq var, amma bu, o qədər də ciddi fərq deyil. Yəni FİFA reytinqində ilk "50-lik"də olan kollektivlə üz-üzə gəlmirik. Hələ heç "10-luq"dan danışmıram. Aşağı-yuxarı eyni səviyyəli komandalardır. Hərçənd biz bir qədər üstünük. Bizim futbolçularımız daha texnikalıdır. 3 xal qazanmaq qarşıya hədəf kimi qoyulmalıdır. Evdə onları məğlub edə bilməməyimizin müxtəlif səbəbləri ola bilər: həm obyektiv, həm subyektiv. Məşqçinin seçimləri, komandanın qol imkanlarından yararlanmağı bacarmaması və yaxud istənilən keyfiyyətdə oynaya bilməməsi... Oyun oyuna bənzəmir. Mən inanıram ki, millimiz evdə qalib gələ bilmədiyi rəqibi səfərdə məğlub edəcək. Düzgün oynamaq, rəqibin zəif cəhətlərindən istifadə etmək lazımdır. Estoniya yığmasının ən yaxşı cəhətlərindən biri fiziki hazırlıq və atletik futboldur. Mübarizə aparmağı xoşlayan kollektivdir. Ancaq heyətlərinə baxsaq, ən yaxşlı futbolçularının yaşı 40-ı keçib. Bizdə isə yeni nəsildir. Həm daha enerjiliyik, həm daha gümrahıq, mənim fikrimcə. Ona görə də qələbəni hədəfləməliyik.

- Konkret adlarla danışsaq, hansı futbolçumuzun Tallində diqqət mərkəzinə düşəcəyinə, nəsə edə biləcəyinə inanırsan?

- Azərbaycan millisi elə komandadır ki, hansı futbolçudan nə gözləyəcəyini bilmirsən. Bütün dövrlərdə belə olub. Bəzən cırtdan ölkələrlə üz-üzə gəlirik və futbolçularımızın fərdi keyfiyyətlərini ortaya qoyacaqlarına inandığımız halda, bunu edə bilmirlər. Bəzən də əksinə, böyük komandalarla qarşılaşanda hansısa oyunçumuz fərqli performansla diqqət çəkir. Ya qapıçımız parlayır, ya digər oyunçularımızdan biri. Məsələn, bir çox qarşılaşmalarda Ramil Şeydayev ön plana çıxıb. Xorvatiya ilə Bakıdakı oyunda (1:1) Təmkin Xəlilzadənin o keçidini qolla tamamlaması da yaddaşlardan silinməyib. Kiminsə adını çəkmək çətindir. Amma Renat Dadaşovun son turda Türkiyə Superliqasında dubl etməsi, Mahir Emrelinin, Ramilin müntəzəm oynaması ümidləndirir. Təbii ki, hücum xətti əsas ümid yerimizdir.

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

Facebookdan bizi izləməyi unutmayın.
X