“Neftçi”nin futbolçusu Kilan Lebon Sent Martin millisindən dəvət alıb.
Fanat.Az xəbər verir ki, bu barədə “ağ-qaralar”ın rəsmi “Facebook” səhifəsi məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi oktyabrın 9-dan 17-dək, noyabrın 13-dən 21-dək keçiriləcək KONKAKAF Millətlər Liqasının oyunları üçün çağırılıb.
Lebon Sent Martin yığmasının heyətində 2 oyunda meydana çıxıb.