Fransa millisinin baş məşqçisi Didye Deşam 2030-cü ildə dünya çempionatının 6 ölkədə keçiriləcəyindən narazıdır.
Fanat.Az xəbər verir ki, ESPN fransalı mütəxəssisin dediklərini belə çatdırıb:
"Qərarların kim tərəfindən verildiyini bilmirəm. Amma gizlətməyəcəyəm ki, idman və etik cəhətdən daha yaxşı razılaşdırılmış məsələlər xoşuma gəlir. DÇ-2030-un 6 ölkədə təşkili haqda bunu demək olmur. DÇ-2030-da Cənubi Amerika yığmaları üstünlük qazanacaqlar. Çünki Avropa komandaları bir matçın ardından "köhnə qitə"yə qayıtmalı olacaqlar".
Qeyd edək ki, DÇ-2030-a Mərakeş, İspaniya və Portuqaliya ev sahibliyi edəcək. Ancaq mundialın açılış matçları yarışın 100 illiyi ilə əlaqədar Uruqvay, Argentina və Paraqvayda keçiriləcək. Beləliklə, yarış tarixdə ilk dəfə üç qitədə və altı ölkədə gerçəkləşəcək.
Mirağa