“Qalatasaray” klubunun İdarə Heyətinin üzvü Cemal Özgörkey istefa verdiyini açıqlayıb.
Fanat.Az xəbər verir ki, o, qərarını İstanbul nəhənginin sosial media hesabı vasitəsilə bəyan edib.
Özgörkey "Qalatasaray"ın marketinq fəaliyyətinə də rəhbərlik edirdi. O, həmin vəzifəsindən də ayrılıb.
Qeyd edək ki, təcrübəli funksioner 2008-ci ildən İstanbul klubunun İdarə Heyətində yer alırdı.
Nahid Məmmədov