"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq futbolçusu Rio Ferdinand İPL-də çıxış edən ən yaxşı mərkəz müdafiəçisinin adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Metro" onun dediklərni belə çatdırıb:
"Vilyam Saliba çox yaxşıdır. O, topla da təmkinlidir, topsuz da. Ancaq onun komanda yoldaşı Qabrieldən üstün olduğunu düşünmürəm. Axı braziliyalı da tərifəlayiqdir. Premyer Liqanın ən yaxşı mərkəz müdafiəçisi isə məncə, Con Stounzdur".
Qeyd edək ki, Stounz "Mançester Siti"yə 2016-cı ildə, 55,6 milyon avro qarşılığında "Everton"dan transfer olunub. Cari mövsüm uzun müddət zədəli olan 29 yaşlı futbolçu İPL-də 1 oyuna çıxıb.
Nihat