İtaliya yığmasının baş məşqçisi Luçano Spaletti "Fiorentina"nın lideri Cakomo Bonaventuranı tərifləyib.
Fanat.Az xəbər verir ki, "Italy 24 Sport"a danışan məşqçi millinin düşərgəsinə çağırdığı futbolçunu "Real Madrid"in ulduzu Cud Bellingemlə müqayisə edib:
“Ondan imtina etmək çətin idi. Cakomo hücumameyilli yarımmüdafiəçi kimi, cinahda oynaya bilər. O, topla yaxşı rəftar edir. Onun uzaq zərbələri də var. Yeganə "minus"u yaşdır. Bizim Bellingem? Bəli, bu belədir".
Qeyd edək ki, 34 yaşlı yarımmüdafiəçi İtaliya millisində on beş oyun keçirib.
Mirağa