Bu yay "Tottenhem"i "Bayern Münhen"ə dəyişən Harri Keyn Almaniyaya özü ilə 5 nəfərdən ibarət komandasını da gətirib.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, komanda fitnes və fizioterapiya üzrə mütəxəssislər, cangüdən və ingilis oyunçunun şəxsi həkimindən ibarətdir.
Xəbərə görə, Keynin ailəsi Münhenə köçəndən sonra onun şəxsi məşqçisi də bu ölkəyə təşrif buyuracaq. Mənbə Harrinin hazırda alman dilini öyrəndiyini, yerli mühitə uyğunlaşmaq üçün bacardığını etdiyini və daha çox komanda yoldaşı Tomas Müllerlə ünsiyyət qurduğunu açıqlayıb.
Bu mövsüm "Bayern" forması ilə bütün turnirlərdə 10 oyuna çıxan 30 yaşlı forvard 9 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat