AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Estoniya – Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
Fanat.Az xəbər verir ki, tədbirlər sabah - oyundan bir gün öncə təşkil olunacaq.
Əvvəlcə Estoniya yığmasının baş məşqçisi Tomas Heberli media nümayəndələri ilə görüşəcək. Mətbuat konfransı saat 17:15-də olacaq.
Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi isə Bakı vaxtı ilə 19:00-da jurnalistlərlə görüşəcək.
Oktyabrın 13-də Tallin şəhərindəki “Le Kok Arena”da keçiriləcək Estoniya - Azərbaycan oyunu saat 20:00-da başlayacaq.