"Tottenhem"in sabiq vingeri Qaret Beyl Hotspur təmsilçisinin cari mövsüm ortaya qoyduğu performansı şərh edib.
Fanat.Az xəbər verir ki, ulelsli veteranın dediklərini "Football.London" belə çatdırıb:
"Bu, mənim ürəyimcədir. "Tottenhem"ə əla işlər görərək klubun simasını dəyişən baş məşqçi gəlib. Görünən budur ki, komanda düzgün yoldadır. "Tottenhem"in yaxşı futbol sərgiləməyə davam edəcəyinə ümidliyəm. Nələr olacağı şəxsən mənə çox maraqlıdır".
8 tura 20 xal toplayan "Tottenhem" İngiltərə Premyer Liqasının turnir cədvəlində 1-ci pillədə qərarlaşıb.
Beyl peşəkar futbolçu kareyrasını bitirdiyini bu ilin yanvarında açıqlayıb.
Nihat