"Real Madrid"in qapıçısı Tibo Kurtua ağır zədədən sonra hansı durumda olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, qolkiperin dediklərini Fabritsio Romano sosial şəbəkə hesabları üzərindən belə çatdırıb:
"Bərpa prosesi yaxşı gedir. Daha qoltuqağacından istifadə etmirəm. İndi yeriyə və məşq edə bilirəm. Komandanın sıralarına mümkün qədər tez dönəcəyimə ümidliyəm".
Xatırladaq ki, Kurtua avqust ayında ciddi xəsarət almışdı. Onun sol dizinin xaçvari bağları qopmuşdu. Tibonun zədələnməsindən sonra "Real" "Çelsi"nin qapıçısı Kepa Arissabalaqanı cari mövsümün sonunadək icarəyə götürüb.
Nihat