"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan komandasının Çempionlar Liqasının qalibi olmaq şanslarını dəyərləndirib.
Fanat.Az xəbər verir ki, "Sport" Almaniya millisinin türk müdafiəçisinin dediklərini belə çatdırıb:
"Əlbəttə, rəqiblərimiz də çox güclüdürlər. Amma biz nəticələrə baxmadan hər oyunda sabit çıxış sərgiləsək, mümkün qədər uzağa addımlayarıq. Məncə, ÇL-də finala qədər irəliləyə və hətta turnirin qalibi də ola bilərik. Xoşbəxtlikdən bizim bu turniri qazanmış baş məşqçimiz və bir neçə futbolçumuz var".
Gündoğan "Barselona"ya bu yay "Mançester Siti"dən transfer olunub. Onun Kataloniya təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilə qədərdir.
ÇL-də H qrupunda mübarizə aparan "Barselona" ilk matçda qələbə qazanıb və hazırda 1-ci pillədədir.
Nihat