ABŞ təmsilçisi "Di-Si Yunayted"dən ayrılan Ueyn Runinin yeni iş yeri rəsmən açıqlanıb.
Fanat.Az xəbər verir ki, İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq forvardı gözlənildiyi kimi, "Birmingem Siti"nin baş məşqçi postunu tutub.
Məlumatı Çempionşip klubunun saytı yayıb.
37 yaşlı mütəxəssis bir neçə gün öncə istefaya göndərilən Con Yustası əvəzləyib. Runi 3,5 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, 11 tura 18 xal toplayan "Birmingem Siti" Çempionşipin turnir cədvəlində 6-cı pillədə mövqe tutub. Sözügedən kollektiv növbəti turda "Midlsbro"nun qonağı olacaq. Oyun oktyabrın 21-də keçiriləcək.
Nihat