"Milan"ın qapıçısı Mayk Menyan və müdafiəçi Teo Ernandes İtaliya çempionatının 8-ci turunda "Yuventus"la baş tutacaq oyunu buraxacaq.
Fanat.Az xəbər verir ki, bu barədə “Football Italia” məlumat yayıb.
Hər iki futbolçu cəzalıdır. Menyan əvvəlki turda qırmızı vərəqə aldığına görə, Ernandes isə sarı vərəqə limitini aşdığına görə cəzalı duruma düşüb.
"Milan" - "Yuventus" matçı oktyabrın 22-də baş tutacaq.
Mirağa