“Əl-Nəsr”ın hücumçusu Kriştianu Ronaldu İrana səfər edəcəyi halda, fiziki cəza ilə üzləşə bilər.
Fanat.Az "IndexHR" portalına istinadən xəbər verir ki, portuqaliyalı ulduz İrana getsə, ona 99 qamçı zərbəsi vurulacaq.
Buna onun İrana son səfəri zamanı etdiyi hərəkət əsas verib. Belə ki, o, bu yaxında sözügedən ölkədə səfərdə olarkən əlil sənətçi Fatimə ilə görüşüb. Kriştianu onunla nəinki söhbət edib, hətta İran qanunlarının qəti qadağan etməsinə baxmayaraq, qucaqlayıb öpüb.
38 yaşlı Ronaldu bu mövsüm "Əl-Nəsr"in heyətində iştirak etdiyi bütün turnirlərdə 11 matça çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə edib.
Mirağa