"Mançester Siti" rəhbərliyi komandanın baş məşqçisi Xosep Qvardiola ilə bağlı qərarını qətiləşdirib.
Fanat.Az xəbər verir ki, məlumatı sosial şəbəkə hesabı üzərindən tanınmış jurnalist Nikolo Skira yayıb.
Xəbərə görə, mütəxəssisə müddəti 2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə təklif ediləcək. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı vurğulanıb.
Qvardiolanın klubu ilə indiki anlaşmasının müddəti 2025-ci ilə qədərdir. İspaniyalı mütəxəssis 2016-cı ildən "şəhərlilər"i çalışdırır. "Siti" onun rəhbərliyi altında 5 dəfə İngiltərə çempionu olub, 2 dəfə İngiltərə Kubokunda və Superkubokunda zəfərə sevinib. Pep Mançester təmsilçisi ilə həm Çempionlar Liqasını, həm də UEFA Superkubokunu qazanıb.
Nihat