Rusiyanın "Uralts TS" komandasının 33 yaşlı futbolçusu Yevgeni Sitnikov həyatını itirib.
Fanat.Az xəbər verir ki, məlumatı müdafiəçinin yetirməsi olduğu "Amkar" klubunun mətbuat xidməti yayıb.
33 yaşlı oyunçu Perm - Yekaterinburq yolunda avtomobil qəzasına düşərək ölüb. Avtomobildə "Uralts TS"nin formasını geyinən digər futbolçular - Kirill Koçetov, Kirill Mulnikov və Denis Fedoroçev də olub.
Hazırda xəstəxanada olan Koçetovun vəziyyəti ağırdır.