Milli komandaların oyunlarına görə çempionatda yaranan fasilədən yararlanan "Qəbələ" Premyer Liqanın ikinci dövrəsinə natamam heyətlə hazırlaşır.
Fanat.Az xəbər verir ki, məşq prosesində iştirak etməyən yarımmüdafiəçi Əyyub Allaş hələ Mərakeşdədir.
Onun hazırlığa qatılmamasının səbəbi şəxsi səbəbdəndir. Belə ki, bu gün futbolçunun toyudur. O, Azərbaycana oktyabrın 15-də dönəcək.
Zədədən əziyyət çəkən qapıçı Kristof Atanqanadan da xəbər var. Dizindəki zədə səbəbindən cərrahi müdaxilə ediləcəyi gözlənilən qolkiper bu səbəbdən İspaniyaya yollanmışdı. Ətraflı müayinədən sonra onun əməliyyat masasına uzanmasına ehtiyac duyulmayıb. Beləliklə, o, müalicəsini davam etdirəcək.
Qeyd edək ki, komandanın altı üzvü məşqlərdə iştirak etmir ki, Asif, Ferras, Atanqana və Əyyubdan başqa, Rəşad Əzizli və Emil Səfərov Azərbaycan milli komandasının düşərgəsindədir. Əvəzində israilli yarımmüdafiəçi Gilad Abramov zədəsini sağaldaraq kollektiv məşqlərə qoşulub.
Xatırladaq ki, “Qəbələ” 10-cu tur çərçivəsində keçiriləcək növbəti oyununu oktyabrın 22-də Qəbələ şəhər stadionunda “Araz-Naxçıvan”a qarşı keçirəcək.
Mirağa