Avstriya seçməsinin baş məşqçisi Ralf Ranqnik oktyabrın 16-da Bakıda Azərbaycana qarşı keçirəcəkləri matçdan - AÇ-2024-ün seçmə mərhələsinin oyunundan danışıb.
Fanat.Az "Laola1" nəşrinə istinadən xəbər ki, almaniyalı çalışdırıcı təmsilçimizi üstələyərək AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq istədiklərini deyib:
Almaniyalı mütəxəssis həmin görüşdə final mərhələsinə vəsiqəni təmin etmək istədiklərini bildirib: "Bakıdakı görüş fərqli olacaq. Azərbaycan millisi topu özündə çox yaxşı şəkildə saxlamağa çalışan komandadır. Bu rəqiblə matça elə yanaşacağıq ki, hər şeyi özümüz həll edə bilək".
Qeyd edək ki, Azərbaycan - Avstriya oyunu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 20:00-da səsləndiriləcək.
Avstriya dünən öz meydanında Belçikaya evdə 2:3 hesabı ilə uduzubsa, Azərbaycan Tallində Estoniyaya yığmasını 2 cavabsız qolla yenib.
Nihat