Azərbaycan seçməsinin sabiq üzvü, tanınmış futbol mütəxəssisi Yaşar Vahabzadə ilə əlaqə saxlayıb Tallindəki oyun və 3 gün sonra Bakıda baş tutacaq Avstriya ilə matç barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Əvvəlki rəqiblərimiz bizdən keyfiyyət və reytinq baxımından üstün idilər. Amma Estoniya millisi ilə biz eyni səviyyəli komandayıq. Dünənki qələbə oyunçuların istəkli və intizamlı olması ilə bağlı idi. Hər bir futbolçu çalışırdı ki, özünü yaxşı tərəfdən göstərsin. Mən belə hesab edirəm ki, qazanılan qələbə Avstriya ilə oyun öncəsi yaxşı motivasiya olacaq. Dünən Avstriyanın da oyununu izlədim. Bu rəqibə qarşı çətin oyunumuz olacaq. Futbolçularımız qarşıdakı matçda Estoniyadakından daha artıq istək və əzmkarlıqla diqqət çəksələr, Avstriyaya yaxşı müqavimət göstərə bilərik".
Nahid Məmmədov