Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu yeni rekord müəyyənləşdirib.
Fanat.Az xəbər verir ki, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində dünən keçirilən oyunda - Slovakiya ilə matçda (3:2) dubl edən superulduz 30 yaşdan sonra beynəlxalq görüşlərdə 73 qol vurmaqla unikal göstəriciyə imza atıb.
Statistik məlumatı "The Athletic"in jurnalisti Uill Cinsə məxsusdur.
İndiyədək dünyada heç bir oyunçu yaşı 30-u keçəndən sonra beynəlxalq qarşılaşmalarda belə performans sərgiləməyi bacarmayıb.
Qeyd edək ki, Slovakiyanı məğlub etməklə J qrupunda xal hesabını 21-ə çatdıran Portuqaliya AÇ-2024-ün final mərhələsinə vəsiqəni vaxtından əvvəl təmin edib.
Nihat