21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsi çərçivəsində Lüksemburqa qarşı Bakıda keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Fanat.Az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyun moldovalı Dumitru Muntyana tapşırılıb.
Denis Oala və Sergey Boqdan laynsman funksiyasını yerinə yetirəcəklərsə, İqor Bosca dördüncü hakim olacaq.
Qeyd edək ki, “Azərsun Arena”da oynanılacaq matç oktyabrın 17-də baş tutacaq. Görüşün start fiti saat 18:00-da səsləndiriləcək.