"Real Madrid"də çıxış edən almaniyalı yarımmüdafiəçi Toni Kross karyerasını İngiltərə Premyer Liqasının top-klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Defensa Centra” məlumat yayıb.
Mənbənin məlumatına görə, MS rəhbərliyi futbolçunu gələn yay azad agent kimi almaq istəyir. İyunun sonunda Krossun "kral klubu" ilə müqaviləsinin müddəti başa çatacaq. "Real" ona yeni müqavilə təklif etməsə, o, azad agent olacaq.
“Mançester Siti”nin Krossa illik 15 milyon avro təklif etməyə hazır olduğu bildirilir.
Toni 2014-cü ilin yayından Madrid klubunun rənglərini qoruyur. Bu La Liqa mövsümündə almaniyalı futbolçu 9 oyun keçirib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Mirağa