Hüquqları "Atletik Bilbao"ya məxsus olan mərkəz müdafiəçisi Dani Vivian karyerasını başqa İspaniya klubunda davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Əkrəm Konur sosial şəbəkə hesabında məlumat paylaşıb.
Mənbənin məlumatına görə, 24 yaşlı futbolçu ilə "Atletiko Madrid" ciddi maraqlanır. Onun transfer məbləğinin təxminən 15 milyon avro olacağı gözlənilir.
Vivianın basklarla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədərdir.
İspaniya çempionatının bu mövsümündə müdafiəçi iki sarı vərəqə aldığı doqquz matçda iştirak edib.
Mirağa