Hazırda azad agent olan Jerom Boatenq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Corriere dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, 35 yaşlı müdafiəçinin xidməti agentləri tərəfindln “Roma”ya təklif olunub. İtaliya klubunun rəhbərliyi isə Jeromun yaşına, eləcə də fiziki durumuna görə onun transferinə ehtiyatla yanaşır.
Müdafiəçi özü ona bir mövsüm uzatma imkanı ilə bir illik müqavilə təklif edəcək yeni klub axtarır.
Boatenq ötən mövsüm "Olimpik Lion"da çıxış edib və Liqa 1-də 8 oyuna çıxıb.
Mirağa