Argentinanın "Rosario Central" klubu ulduz yarımmüdafiəçi Anxel Di Marianın karyerasını onların heyətində başa vuracağına əmindir.
Fanat.Az xəbər verir ki, bu barədə klubun idman direktoru Federiko Lusenqof "Estadio" radioya danışıb.
O, "Benfika"nın sağ cinah oyunçusu ilə danışdığını söyləyib. Di Marianın "qartallar"la müqaviləsi 2024-cü ilin iyulunda başa çatır və lissabonluların müqaviləni daha bir il uzatmaq imkanı olsa da, "Rosario Central" artıq onu evə qaytarmağa hazırlaşır.
Di Maria 2007-ci ilin iyulunda "Rosario Central"dan Avropaya yollanıb.
"Benfika" onu 8 milyon avroya sıralarına qatıb. O, bu komandada artıq 39 oyun keçirib.
Mirağa