Daşkənddə təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası bu gün yoldaşlıq görüşündə Özbəkistandan olan həmyaşıdlarına uduzub.
Fanat.Az xəbər verir ki, “Dostluq" stadionunda keçirilən oyun rəqibin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu yığmalar oktyabrın 16-da yenidən qarşılaşacaqlar.