Danimarka millisinin yarımmüdafiəçisi Kristian Eriksen AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Qazaxıstan üzərində qazandıqları qələbəni (3:1) şərh edib.
Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Biz qələbə qazanmaq məcburiyyətindəiydik və əla oyun keçirməyi bacardıq. İntensiv şəkildə pressinq tətbiq etdik və istəyimizə nail olduq. Bu görüş bir qədər San-Marino ilə oyunu xatırlatdı. Qol vurandan sonra inamlı futbol sərgiləməyə başladıq və üstünlük qazandıq. Oyunun böyük hissəsi belə keçdi. Ancaq bəzən lazım olmayan anlarda topu itirirdik".
Qeyd edək ki, Danimarka 7 oyuna 16 xal toplayan H qrupunun lideridir. 12 xala malik Qazaxıstan isə 4-cü pillədə mövqe tutub.
Nihat