İtaliya millisinin baş məşqçisi Luçano Spaletti AÇ-2024-ün seçmə mərhələsin çərçivəsində Malta yığması üzərində qazandıqları qələbəni (4:0) şərh edib.
Fanat.Az xəbər verir ki, o, fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
“Risk etmədən və işimizə qeyri-ciddi yanaşmadan 3 xal qazanmaq vacib idi. Heyət yaxşı inkişaf edir. Komandanın meydanda daha yaxşı anlaşmaq, yaxşı futbol oynamaq istəyi sezilir.
Moyze Kin vinger kimi əla oyun keçirdi və əla fiziki hazırlıqla diqqət çəkdi. O, bizim üçün çox faydalı ola biləcək futbolçudur. Hər top üçün mübarizə apardı, keyfiyyətli oyun sərgilədi.
Çərşənbə axşamı İngiltərə millisinə qarşı "Uembli"də keçirəcəyimiz matç şanslarımızın nə qədər olduğunu göstərəcək".
Qeyd edək ki, İngiltərə - İtaliya qarşılaşması oktybarın 17-də, Bakı vaxtı ilə 22:45-də başlayacaq.
Nihat