20 yaşlı hücumameyilli yarımmüdafiəçi Yeremi Pino qış transfer pəncərəsində hazırkı klubu "Vilyarreal"ı tərk edə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat yayıb.
Mənbənin məlumatına görə, “sarı sualtı qayıq” istedadlı futbolçusu ilə 40 milyon avro qarşılığında yollarını ayıra bilər.
Pinoya iddialılar arasında "Atletiko Madrid", "Yuventus" və "Aston Villa" var.
Yereminin ispan klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyunun sonunda başa çatacaq.
İspaniya çempionatının bu mövsümündə yarımmüdafiəçi 6 oyun keçirib və dörd sarı vərəqə alıb.
Mirağa