İspaniya prokurorluğu Almaniyanın “Bayer” klubunun hazırkı baş məşqçisi Xabi Alonsonu vergiləri ödəmədiyi üçün cəzalandırmaq istəyir.
Fanat.Az xəbər verir ki, bu barədə İspaniyanın "Marca" nəşri yazıb.
İttiham tərəfi hesab edir ki, keçmiş ispan futbolçu gəlirini Madeyra adasında (Portuqaliya) qeydiyyatdan keçmiş şirkət vasitəsilə gizlədib və beləliklə, vergi ödəməkdən yayınıb. Söhbət təxminən 2 milyon avrodan gedir.
Eyni zamanda, 2019-cu ildə eyni ittiham üzrə başlayan uzun məhkəmə prosesində Xabi Alonsoya ikinci dəfə bəraət verilib və o, İspaniyanın vergi qanunvericiliyinin pozulması ilə bağlı işdə günahsız hesab edilib. Hazırda prokurorluq bu qərardan apellyasiya şikayəti verib.
Xatırladaq ki, Alonsonun çalışdırdığı Leverkuzen "Bayer"i Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibidir.
Mirağa