“Qəbələ” Ukrayna çempionatında çıxış edən daha bir futbolçunu heyətinə qatıb. Baş məşqçi Yuri Syominin komandaya gəlişindən sonra “Metallurq”dan Lorenso Ebesilionu transfer edən əyalət təmsilçisi, indi də “Volın”ın hücumçusu Daniel Subotiçlə müqavilə imzalayıb.
Transfer haqqında serbiyaəsilli isveçrəli oyunçunun özü “Facebook” sosial şəbəkəsində bildirib. Həmçinin Sbotiçin “Vikipediya” ensiklopediyasında da “Qəbələ”yə keçdiyi göstərilib.
Qeyd edək ki, 24 yaşlı futbolçu “Portsmut” (2008-2010), “Qrosseto” (2010-2011), “Universitatya” (2011) kimi klubların şərəfini qoruyub. Subotiç sonuncu komandası “Volın”ın (2012-2013) heyətində 25 matçda forma geyinib və rəqib qapılarından 5 top keçirib.
İdman24.az